Təqaüddə olan hücumçu Seydu Dumbia ilə bağlı yaşı ilə bağlı şübhələr ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, "La Gazzetta"nın xəbərinə görə, keçmiş Fildişi sahilli hücumçu yalan cihazı testi zamanı yaşını dəqiqliklə açıqlaya bilməyib. Test zamanı Dumbia həm “40 yaşdan böyük deyiləm”, həm də “43 yaşındayam” cavablarını rədd edib. Lakin cihaz hər iki ifadənin doğru olmadığını göstərərək, onun rəsmi sənədlərdə göstəriləndən təxminən 5 yaş böyük ola biləcəyini işarə edib.

Dumbianın rəsmi sənədlərdə doğum tarixi 31 Dekabr 1987 olaraq göstərilir. Hazırda mövzu ilə bağlı rəsmi bir araşdırma başlanmayıb və müvafiq qurumlardan açıqlama verilməyib.

Bu iddialar futbolu tərk etdikdən sonra ulduz oyunçunun karyerasına kölgə sala bilər.

Yalan cihazı testi:

  • Test: “40 yaşın üstündəsiniz?”
    Doumbia: “Xeyr.”

  • Test: “45 yaşın üstündəsiniz?”
    Doumbia: “Xeyr.”

  • Test: “42 yaşın üstündəsiniz?”
    Doumbia: “Xeyr.”

  • Test: “43 yaşındasınız?”
    Doumbia: “Xeyr.”

Qeyd edək ki, Dumbia 2021-ci ilə qədər fasiləsiz olaraq karyerasını davam etdirib.

Karyerasında: "Roma", "Sportinq", CSKA və "Basel" kimi klublarda çıxış edərək 402 oyunda 210 qol vurub.