İdmançı Tülin Ələkbərova və tələbəsi saxlanılıb.
Offsideplus.az xəbər verir ki, bunu səbəb onların dekabrın 4-də 21 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinmələridir.
T. Ələkbərova və 19 yaşlı Abbas Rəhimli polis əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, o, bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə hakim qarşısına çıxmış və 6 ay azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində elektron qolbaq var.



