"Real" və "Ayaks" klublarının sabiq baş məşqçisi Leo Benhakker dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında vəfat edib.

Benhakker 1986-89-cu illər arasında "kral klubu"nu çalışdırıb və onlara 3 dəfə La Liqanı qazandırıb.

Niderlandlı həmçinin Trinidad və Tobaqo millisini 2006-cı ildə dünya çempionatına aparıb.