İngiltərə klubu "Sauthempton"un ötən həftə Premyer Liqadan aşağı düşəcəyi dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, komandanın qapıçısı Aaron Remsdeyl ilsə PL-da qala bilər. "Vest Hem" onunla yaxından maraqlanır.
Bu barədə "Sky Sports" məlumat yayıb.
London klubu 26 yaşlı çərçivə qoruyucusu üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.
Remsdeyl cari mövsümdə 23 oyunda qapısında 54 qol görüb.