AFFA-nın hesabat konfrası keçirilir.
Offsideplus.az xəbər verir ki, tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev ölkə futbolunun inkişaf etdirilmə strategiyası ilə bağlı bunları deyib:
"Baş katib vəzifəsində ilk çıxışım Azərbaycan futbolunun inkişafı və gələcəyi ilə bağlı olacaq. İlk növbədə, etimada görə AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinə və AFFA prezidenti Rövşən Nəcəfə bir daha təşəkkür edirəm. Bu vəzifənin nə qədər məsuliyyətli və vacib olduğunu başa düşürəm. Tam gücümlə çalışacağıma söz verirəm. Bu, həqiqətdir ki, Azərbaycan futbolunun bugünkü vəziyyəti ürəkaçan deyil, A milli və aşağı yaş komandalarıın nəticələri hamımızı üzür və Avropada autsayderlər sırasındayıq. Bunu qəbul edib, düzgün nəticə çıxarıb, futbolumuzu bu uzunmüddətli uğursuzluq yolundan çıxarmalıyıq. Biz AFFA rəhbərliyi olaraq hamımız inanırıq ki, qəbul edilən strategiya futbolumuzu yuxarı yerlərə çıxaracaq. İnkişaf strategiyasındakı maddələr bəzi tənqidçilərə inandırıcı görünməsə də, biz uğurlu ola biləcəyimizə inanırıq. İnkişaf strategiyasını "action" - fəaliyyət planına çevirməliyik. Düzgün plan işin yarısıdır, deyirlər. AFFA-nın idarəedici komandası bunun üzərində işləyir. Strategiyanın icrası gündəlik rutin işimizə çevrilib. Fikrimcə, güclü kadrların işə cəlb edilməsindən, məsuliyyətlilikdən başlamalıyıq. AFFA-nın hazırkı strukturu və kadr potensialı qarşımıza qoyulan məqsədlərə çatmaq üçün kifayət deyil.
Bu mənada ciddi dəyişikliklər olacaq. Hədəflərə çatmaq, nəticəyə cavabdehlik, fəaliyyət və maliyyə standartlarını yaratmaqla müasir Dünya və Avropa futbolu ilə ayaqlaşmaq imkanı yaranacaq. Strategiya fəaliyyət planını yerinə yetirmək üçün strategiya layihə qrupu yaradılacaq. Təhsil və inkişaf, kütləvilik və inkluzivlik, infrastruktur və dayanıqlılıqdır. Layihə qrupu birbaşa baş katibə tabe olacaq. Detallarına baş katibin müavini nəzarət edəcək. Hazırkı vəziyyətdə hər şeyə 0-dan başlamalıyıq. Klişe kimi uşaq futbolu yoxdur səslənir. Bu həqiqətən yaralı yerimizdir. Daimi maliyyələşmə və dayanıqlılıq yaxşı idman nəticələri olmadan gəlmir. Uşaq futbolu infrastruktursuz olmur. İdman nəticələri isə uşaq futbolu olmadan olmur. Biz zənciri, halqaları qırmalıyıq. Effektiv sistem qurmalıyıq. Evdə "remont" etməklə iş düzəlmir, ev tikməliyik. Düzgün binövrə təhsildən başlayır. Aşağı yaş qruplarında 10 milyonluq ölkədə cəmi 7 təlimçimiz var. Qapıçılıq üzrə 1 infrastrukturçumuz var. Müqayisə üçün deyim, 11 milyonluq Belçikdada 145 infrastrukturçu çalışır. Təlimçi hazırlığı yarım ildən 2 ilə qədər çəkir. Beləliklə, müxtəlif kateqoriyada məşqçi bazamız artacaq. Gənclərin futboldan uzaqlaşması ən əsas problemlərdən biridir. AFFA təklif planı hazırlayacaq. Məqsədimiz futbol istedadlarımızı peşəkar futbola çatdırmaqdır. Bu, onları təkcə yerli yox, xarici bazara da çatdıracaq. Dünya standartlarına cavab verən futbol akademiyalarına ehtiyac var. Yük təkcə AFFA-nın üzərində deyil, klubların da qatqısına ehtiyac var. Buna müxtəlif illərdə Niderland, Portuqaliya, Gürcüstan, Özbəkistan nail olub. AFFA regional inkişaf strategiyasını inkişaf mərkəzləri yaradılacaq. Bəli, standartlar müəyyənləşdirilməlidir. İlk pilot mərhələsi üçün hazırlıq başlamalıdır. Futbol şəbəkəsi yaradılmalıdır. Ölkə futbolunda hakim qıtlığı var. Geniş kütləni cəlb etməli, hakim yetişdirməliyik. İnfrastruktur baxımından da sıxıntılar var. Mövcud olanlar yararsızdır. Renovasiyaya ehtiyac var. Rəqəmsal baza stadionundan tutmuş, bütün meyfançalara qədər statistikalara ehtiyac var. Bu baxımsızlıq problemimizə kömək edəcək. Yeni infrastruktur layihəsi birbaşa inkişaf mərhələsində bağlı olacaq, Şamaxının stadionu, Naxçıvan. Yeni klubların lisenziyalaşdırma problemi var. Qadın futbolçularımız inadkar nailiyyətləri ilə diqqətə layiq olduqlarını göstərirlər. Yerli liqa inkişaf edilməli, gənc qızlar futbola çağırılmalıdır. Bu proses ayrıca diqqətdə olacaq.
Biz AFFA-da dayanıqlı maliyyə strategiyası qurmalıyıq. Yeni gəlir mənbələri tapılmalı, hazırda olanlar genişləndirilməlidir. İnfrastrukturlardan daha səmərəli istifadə edilməlidir. Xərc və sərmayelərində effektiv və müdrik istifadə olunmalıdır. Biz AFFA rəhbərliyi olaraq inanırıq ki, inkişaf strategiyası çətin olsa da, nəticə verəcək".