Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında daha bir idmançımız bürünc medala yiyələnib. 

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev üçüncü yer uğrunda Macarıstan idmançısı Daniel Seqedini məğlub edərək "bürünc" qazanıb. Bu, cüdo yığmamızın AÇ-də 2-ci bürünc medalı olub, daha öncə Əhməd Yusifov fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. 

Bu gün qadın cüdoçularımızdan Fidan Əlizadə (57 kiloqram) 1/16 finalda Anastasiya Sokiryanskaya (Latviya) qalib gəlsə də, 1/8 finalda Benta Ndiayeə (İsveçrə) məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, dünən qüvvəsini sınayan digər təmsilçilərimiz Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əliboş qalıblar.