Xankəndidə baş tutan XI Vüqar Həşimov memorialın qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, Yan Nepomnyaşi 13 xalla birinci yeri tutub.

Vladimir Fedoseyev (Sloveniya) ikinci, Rauf Məmmədov isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayıblar.