Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları ümumilikdə 5 medala sahib çıxıblar.

Offsideplus.az xəbər verir ki, sonuncu medalı aktivimizə olimpiya çempionu Zelim Kotsoyev (100 kq) yazdırıb.

O, bürünc medal uğrunda görüşdə Rusiya idmançısı Adam Sanqariyevə ipponla qalib gələrək 3-cü yeri tutub.

Qeyd edək ki, turnirin əvvəlki günlərində Murad Fətiyev (90 kq), Ömər Rəcəbli (81 kq) və Əhməd Yusifov (60 kq) qızıl, Balabəy Ağayev (60 kq) isə gümüş medal əldə etmişdilər.