Azərbaycan boksçusu Sübhan Mamedov (48 kiloqram) dünya çempionu olub.
Offsideplus.az xəbər verir ki, milli komandanın 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula sahib çıxıb.
İdmançı həlledici qarşılaşmada Rusiya təmsilçisi olan erməniəsilli Edmond Xudayanı məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatını bürünc medalla başa vurublar.



