“Qalatasaray”da çıxış edən ulduz hücumçu Viktor Osimhen bir müddət əvvəl “Mançester Yunayted”in transfer hədəflərindən biri idi.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi nigeriyalı forvardı heyətinə qatmaqda maraqlı olsa da, son məlumatlara görə klub bu qərardan geri çəkilib.
Beləliklə, Osimhen hazırda “Mançester Yunayted”in yay planlarında yer almır və klub onun transferi ilə bağlı hər hansı addım atmağı düşünmür.