"Azərreyl" klubu qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub.
Offsideplus.az xəbər verir ki, komanda final görüşündə "Abşeron"u məğlub edib.
Birinci matçda 0:3 hesabı ilə uduzan "Azərreyl" Milli Gimnastika Arenasında keçirilən cavab qarşılaşmasında eyni hesabla qalib gəlib.
Belə olan halda, çempion "qızıl set"də müəyyənləşib. Həlledici setdə rəqibini 15:12 hesabı üstələyən "Azərreyl" titulunu qoruyub.
Bürünc medallara "Milli Aviasiya Akademiyası" klubu yiyələnib.