AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Türkiyənin İstanbul şəhərinə yollanıb.
Offsideplus.az xəbər verir ki, səfərdə məqsəd UEFA-nın Türkiyə nümayəndəliyinin açılış mərasimində iştirak etməkdir.
Bu gün baş tutacaq tədbirdə bir sıra mötəbər qonaqlar olacaq.
Sərxan Hacıyev açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və digər nüfuzlu şəxslərlə görüşmək imkanına malikdir.