Bu gün AFFA-nın XXXIII Hesabat Konfransı keçirilir.

Offsideplus.az xəbər verir ki, saat 10-da başlanan "Baku Marriott Hotel Boulevard"da başlanan tədbirdə öncə dövlət himnimiz səsləndirilib.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən futbol veteranlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Konfransı AFFA-nın prezidenti Rövşən Nəcəf açıq elan edib.

Gündəlikdə əsas 8 məsələ yer alıb.

Hesabat Konfransının gündəliyi: 

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi

2. Konfransın tərkibinin yoxlanılması

3. AFFA prezidentinin çıxışı

4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı

5. Maliyyə Hesabatları

6. Müstəqil auditorun hesabatı

7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat

8. Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı

9. Digər məsələlər