"Real" klubu yayda heyətini mərkəz müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəflərindən biri "Bornmut"un futbolçusu Din Heysendir. Bu barədə "The Athletic" nəşri məlumat verib.

Heysenin müqaviləsində 50 milyon funt-sterlinqlik sərbəstqalma bəndi var. "Kral klubu"nun 19 yaşlı futbolçuya bu məbləği ödəmək barədə şübhələri var.

Ona görə də onlar alternativ hədəflərə yönələ bilərlər.