Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında ötən bir illə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, vitse-prezident Azərbaycanın kollektiv idmanda da uğur qazanacağına inanır:

"MOK-un açılışında ulu öndər Heydər Əliyev çıxış edirdi. Dedi ki, mən Moskvaya işləməyə gedəndə idman mənim kurasiyamda idi. Niyə SSRİ-nin heyətində azərbaycanlı azdır. İzah etdilər ki, azərbaycanlılar idmana yönümlü, uğurlu xalq deyil. Azərbaycan müstəqil olandan sonra bütün dünyaya çatdırırdı ki, idmanı sevirik, nailiyyət əldə edə bilirik. Olimpiadada buna nail oluruq. Yeni strategiya hazırlanır. Ümid edirəm ki, məhz bunun nəticəsində Azərbaycanda futbol inkişaf edəcək və lazım olan səviyyəyə çatacaq. Deyirlər ki, Azərbaycan fərdidə uğur qazanır, kollektivdə yox. Hər şeyə nail olmaq mümkün deyil. Əsas odur ki, bu yöndə mübarizə aparılsın. 1 il çox tez keçdi. Bu zalda AFFA-nın yeni rəhbərliyini alqışladıq. AFFA-nın uğur qazanmasını arzulayıram. Milli komandamız zəif çıxış etdi, amma bu o demək deyil ki, kollektiv idmanda uğur qazanmayacağıq. Olimpiadada 3x3 qadın millimiz 4-cü yer tutdu, bu, az iş deyil. Arzumuz Olimpiadada Azərbaycan milli komandasını görməkdir. Ümid edirəm ki, Azərbaycanın idman nailiyyətləri bundan sonra da davam edəcək və bizi sevindirəcək".