AFFA danışılmış oyunlarda iştirak edən, həmçinin etika qaydalarını pozan şəxslərlə bağlı cəzaları sərtləşdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib.
O, AFFA-nın XXXIII Hesabat Konfransında çıxışı zamanı bunları deyib: "Danışılmış oyunlarda iştirakfan çəkinməyi xahiş yox, tələb edirik. Əgər futbolun inkişafını istəyiriksə, xoşagəlməz hallarda uzaqlaşmalıyıq, idman prinsiplərini qorumaq lazımdır. Etika qaydalarını pozan şəxslərə tətbiq olunan cəzaları sərtləşdirəcəyik. Bununla bağlı müzakirələr aparıb, AFFA İcraiyyə Komitəsinin iclasında qərarlar veriləcək".