"Fənərbağça" klubunda Joze Mourinyo dönəmi sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"in rəhbərliyi portuqaliyalı mütəxəssisdən razı deyil. Lakin 10 milyonluq məvacibi əsas problemdir. O, klubdan ayrılarsa, İstanbul təmsilçisi təzminat ödəməli olacaq.

Mourinyo komandadan gedərsə, yerinə əsas namizəd Karlo Ançelotti olacaq.

Bu barədə Türkiyənin "Takvim" nəşri məlumat yayıb.

Ançelottinin "Real"dan ayrılacağı gözlənilir. Onunla Braziliya milli komandası və Səudiyyə Ərəbistan klubları yaxından maraqlanır.

İtaliyalı mütəxəssis "Fənərbağça"nın 1 nömrəli namizədidir.