AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu gün Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Bu barədə Offsideplus.az saytına AFFA-dan məlumat daxil olub.

AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib.

Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri yarış zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.