Roma Papasının ölümü və ya istefası ilə bağlı qəribə bir tendensiya var.
Offsideplus.az xəbər verir ki, hadisələrin mərkəzində İtaliyanın aşağı liqasında çıxış edən "Avellino" klubu dayanır.
Belə ki, bu komandanın hər uğuru Roma Papasının ya ölümünə, ya da istefasına təsadüf edir.
Qəribə tendensiya 1958-ci ildən başlayıb.
Həmin il XII Piyanın ölümü "Avellino"nun C seriyasına qayıtması ilə yadda qalıb. Bundan 5 il sonra XXIII İohann dünyasını dəyişəndə Avellino şəhərinin eyniadlı təmsilçisi yenidən C seriyasına yüksəlib.
1978-ci ildə Vatikanda birdən-birə 2 rəhbər dəyişir. Əvvəlcə VI Pavel vəfat edir. Onun yerinə gələn I İohann Pavel isə cəmi 33 gün gözlərini əbədi yumur. Əlbəttə, həmin il "Avellino" üçün tarixi uğurla yadda qalır: komanda İtaliya A seriyasına vəsiqə qazanır.
2005-ci ildə isə Roma Papası Karol Voytılonun ölümü ilə tarix təkrarlanır. Budur, "Avellino"da yenidən üzlər gülür. Pley-offda qələbə və B seriyasına vəsiqə.
2013-cü ildə XV Benedikt istefa verir. "Avellino"nun uğuru özünü çox gözlətmir: komanda B seriyasında iştirak hüququ qazanır.
Maraqlıdır ki, bu il Roma Papası Fransiskin ölümü də sözügedən klubun növbəti nailiyyəti ilə üst-üstə düşüb. "Avellino" çempionatın sonuna 5 tur qalmış B seriyasına vəsiqəni təmin edib.



