Rafael Nadal tennis üçün darıxmadığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "L'Equipe" nəşrinə danışan ispaniyalı keçmiş dünya 1 nömrəsi bunları deyib:

"Həqiqət budur ki, tennis üçün darıxmıram. Sıfır. Amma bu, tennisdən bezdiyim və ya onunla mübarizə apardığım üçün deyil, heç də yox. Karyeramı xoşbəxt başa vurdum. Bacarsam, davam etdirərdim, çünki etdiyim işi sevirdim"..

Nadal 2024-cü ilin noyabr ayında peşəkar tennisdən ayrıldığını elan etdi. Onun son peşəkar turniri həmin ay Malaqada keçirilən Devis Kuboku oldu.