"Barselona" klubunun futbolçusu Rafinya cari mövsüm başlamamış komandanı tərk edə bilərmiş.
Offsideplus.az xəbər verir ki, braziliyalı o günləri belə xatırlayır:
“Ötən yay “Barselona”nı tərk edirdim. Lakin Hansi Flik mənim qərarımı dəyişdirdi. O, mənim karyeramı dəyişdi”.
Braziliyalı futbolçu cari mövsümdə 48 oyunda 30 qol vurub və 23 assist edib. O, bu mövsüm "Qızıl top"u qazanmağa əsas namizədlərdən biridir.



