Niderland Kubokunda final görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada "Qou Ehed İqlz" ilə "Alkmaar" qarşılaşıb.

Matçın əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib. "Qartallar" bərabərlik qolunu 90+9-da vurub.

Əlavə vaxtda heç bir tərəf fərqlənə bilməyib.

Penalti zərbələrində isə "Qou Exed İqlz" daha dəqiq olub və kuboku qazanıb.

Onlar tarixlərində ilk dəfə bu titulun sahibi olub.