Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyada növbəti qolunu vurub.
Offsideplus.az xəbər verir ki, onun çıxış etdiyi "Partizani" ötən gün evində "Flamurtari"ni qəbul edib.
Görüşdə hesabı Vüsal açıb. Onun komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
Vüsal cari mövsüm 15-ci oyunda 3-cü qolunu vurub.
"Partizani" hazırda 23 xalla Albaniya çempionatında 6-cı yerdədir.



