Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri üçün hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Sabah" - "Neftçi" matçının prinsipiallığı nəzərə alındığından oyun FIFA referisinə tapşırlıb.

Söhbət 41 yaşlı ədalət təmsilçisi İnqilab Məmmədovdan gedir. 

Digər yarımfinal qarşılaşmasında isə milli dərəcəli hakim Rəvan Həmzəzadə fit çalacaq.

Xatırladaq ki, "Neftçi" və "Sabah" arasındakı aprelin 2-də keçirilmiş birinci oyunda (1:2) FIFA referisi Əliyar Ağayev "ağ-qaralar"ın qapısına penalti təyin etməmişdi. Bu səbəbdən o, AFFA Hakimlər Komitəsi tərəfindən 2 tur cəzalandırılmışdı.

Azərbaycan Kuboku, yarımfinal, cavab oyunları

23 aprel

 “Qarabağ” – “Araz-Naxçıvan”

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev

VAR: Kamal Umudlu

AVAR: Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

“Sabah” – “Neftçi”

Bank Respublika Arena. Saat 20:00

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Tural Qurbanov

Hakim-inspektor: Babək Quliyev