"Mançester Yunayted" qapıçısı Andre Onananın dəyərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" kamerunlu çərçivə qoruyucusu üçün 20 milyon funt-sterlinq tələb edəcək. Onunla Səudiyyə Ərəbistan klubları maraqlanır.

Bu barədə "Mirror Football" məlumat yayıb.

Onana 2023-cü ilin yayından "mankunianlar"da çıxış edir. O, cari mövsümdə 45 oyunda qapısında 61 qol görüb.