Azərbaycan Kubokunun yarımfinal mərhələsində sabah vacib görüşə çıxacaq "Neftçi" rəhbərliyi azarkeşlər üçün avtobus ayırıb. 

Offsideplus.az xəbər verir ki, "Sabah"la matçı canlı izləmək istəyən fanatlar Masazıra pulsuz gedə və stadiona ödənişsiz daxil ola bilərlər.

Bundan ötrü sabah "Neftçi Arena"nın yanında toplaşmaq vacibdir. Ekspress avtobuslar saat 18:00-da "Bank Respublika Arena"ya yollanacaqlar. Yolda azarkeşlərə pulsuz biletlər paylanacaq.

Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması saat 20:00-da start götürəcək. Birinci oyunda "ağ-qaralar" 1:2 hesabı ilə uduzublar.