“Son dövrlərdə keçirdiyimiz ən çətin oyunlardan biri oldu”.

Offsideplus.az xəbər verir bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Misli Premyer Liqasında XXX turunda “Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Olduqca ağır oyun keçdi. Komanda buna hazır idi. Rəqib çox baxımlı futbol oynayır. Aprel ayı bizim üçün ağır keçdi. Komandada həm mental, həm də fiziki cəhətdən yorğunluq hiss olunurdu. Mübarizəni davam etdirməliyik.

Oyun bizim üçün pis başladı, çoxsaylı top itkilərimiz oldu. İkinci hissəyə yaxşı başlasaq da, rəqib standart vəziyyətlərdə təhlükəli idi.

Bu qədər gərginliyə baxmayaraq, vacib üç xalı qazandıq. Futbolçularıma göstərdikləri mübarizəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.