"Mançester Yunayted" klubu "Vulvehempton"un hücumçusu Mateus Kunya transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq braziliyalı futbolçu üçün danışıqlara başlayıb. Onlar oyunçu tərəfi ilə razılaşmağa yaxındır.
Bu barədə "Mail Sport" məlumat yayıb.
Kunya sərbəstqalma bəndi 62.5 milyon funt-sterlinqdir. "Mankunianlar" onu heyətə qatmaq üçün bu məbləği ödəməli olacaqlar.
Braziliyalı cari mövsüm Premyer Liqada 28 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.