Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov milli komandanın heyətindən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı idmançı Avropa çempionatında çıxış edə bilməyəcək.

Buna H.Heydərovun xəstələnməsi səbəb olub. O, həkimlərin qərarı ilə  heyətdən çıxarılıb.

Məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 apreldə Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 idmançı (9 kişi, 6 qadın) təmsil edəcək.