Aprelin 23-də "Sabah" və "Neftçi" arasında keçiriləcək oyunda anşlaq olacağı gözlənilir.
Offsideplus.az saytına danışan "Sabah"ın mətbuat katibi Elnur Həmidov bilet satışı ilə bağlı məlumat verib
"Oyuna azarkeş marağı böyükdür. Hazırda 3000 bilet satılıb. Daha 1000 bilet bizim tərəfimizdən "Neftçi"yə verilib. Bu, klublar arasında qarşılıqlı razılıq əsasında baş tutub. Birinci oyunda da "Neftçi" tərəfi bizə eyni sayda bilet ayırmışdı", - deyə E.Həmidov vurğulayıb.
Komandadakı əhval-ruhiyyənin yaxşı olduğunu bildirən klub rəsmisi cəzalı futbolçuların yoxluğunu nəzərə çatdırıb. Heyət üzvlərindən yalnız kapitan Amin Seydiyev sabahkı qarşılaşmanı buraxacaq. Ötən ay Azərbaycan yığmasının Belarusla yoldaşlıq görüşündə zədələn və sonradan əməliyyat olunan müdafiəçi bərpa prosesi keçir.
Qeyd edək ki, "Sabah" - "Neftçi" görüşü sabah saat 20-də Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçiriləcək. Stadion 8700 tamaşaçı tutumuna malikdir.