"Sabah"ın 13 və 15 yaşlılardan ibarət komandaları Türkiyənin Antalya şəhərində təşkil olunan "Junior World Cup" turnirində mübarizə aparıblar.
Offsideplus.az xəbər verir ki, U-13 keçirdiyi 6 qarşılaşmanın 4-də qələbə qazanıb, 1 heçə-heçə və 1 dəfə məğlubiyyətə uğrayıb. Nəticədə komanda 15-ci yeri tutub.
15 yaşlılar isə daha yaxşı nəticə göstəriblər. "Bayquşlar" hətta 1/4 finala vəsiqə qazanıblar. Lakin bu mərhələdə məşhur "Fulhem" klubuna uduzan "Sabah" U-15 sonda 6-cı pillədə qalıb.
"Sabah" U-13
İlkin mərhələ
C qrupu
"Mançester Siti" (İngiltərə) - "Sabah" 5:3
"Sabah" - "Konyaspor" (Türkiyə) 3:1
"Sabah" - "Hatay Altıngençlik" 11:0
İlk "8-liy"ə düşə bilməyən "Sabah" 9-cu yer uğrunda mübarizəyə qoşulub.
B qrupu
"Sabah" - "Kadriyespor" (Türkiyə) 3:0
"Sabah" - "Energetik" (Belarus) 3:0
"Sabah" - "Özerspor" (Türkiyə) 1:1
Məhz son oyundakı heç-heçəyə görə təmsilçimiz 9-cu sıraya yüksələ bilməyib. Yekunda "bayquşlar" 36 kollektiv arasında 15-ci yerlə kifayətləniblər
"Sabah" U-15
İlkin mərhələ
D qrupu
"Rayo Valyekano" (İspaniya) - "Sabah" 1:1
"Sabah" - "Konyasltı" (Türkiyə) 2:1
"Sabah" - "Manisa Şehitlerspor" 7:0
Ümumi sıralamada 7-ci yeri tutan "Sabah" 1/4 final mərhələsinə qazanıb.
1/4 final
"Fulhem" (İngiltərə) - "Sabah" 2:0
5-ci yer uğrunda oyunlar
"Sabah" - "Oina" (Rumıniya) 6:0
"Sabah" - "Samsunspor" (Türkiyə) 7:8
Yekunda komandamız 6-cı pillədə qərarlaşıb



