"Börnli" ötən gün İngiltərə Premyer Liqasına vəsiqəni rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Skott Parker 3-cü dəfə bir komandanı PL-ya yüksəldib.

O, daha öncə 2019/20 mövsümündə "Fulhem"lə, 2021/22-də isə "Bornmut"la eyni uğura imza atıb.

Parkerin "Börnli"si cari mövsüm 44 oyunda cəmi 15 qol buraxıb.

Əlavə edək ki, 44 yaşlı mütəxəssisin komandasından başqa "Lids" də yüksək liqaya vəsiqəni təmin edib.