Aprelin 7-də 3x3 basketbol üzrə ABB Qadın Basketbol Liqası start götürəcək.

Bu barədə Offsideplus.az saytına Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yarışda 11 komanda mübarizə aparacaq. Bunlar RİOEUGİM 2, "Qaradağ", "Abşeron", "Baku Wolves", "Neftçi", BBA, "Baku Flames",  "Crazy girls",  CTRL, "Gəncə" və "Torpaq"dır.

Liqa 3 mərhələdən ibarət olacaq. Birinci mərhələ aprelin 7-8-də Bakı İdman Sarayında baş tutacaq.

Turnir cədvəlində ilk 6 pilləni tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar. Bütün oyunlar Azərbaycan Basketbol Federasiyasının rəsmi youtube kanalından yayımlanacaq.