Fransa I Liqasında 27-ci turunun "Marsel" - "Reym" oyunundan sonra maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Marsel"in baş məşqçisi Roberto De Zerbi turnir cədvəlinin 15-ci yerində qərarlaşan rəqibə məğlubiyyəti həzm edə bilməyib. İtalyan mütəxəssis matçdan sonra futbolçularını cəzalandırıb və onları həmin gecə məşq etdirib.
Qeyd edək ki, "Marsel" hazırda 49 xalla üçüncüdür və "Monako"dan 1 xal geridədir.