İngiltərə milli komandasının kapitanı Harri Keyn ölkəsinin liqasına mümkün qayıdışı barədə danışıb.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bu yay Premyer Liqaya dönüşünün mümkün olmadığını açıqlayıb:
"Əminəm ki, bir neçə şayiədir. Tam olaraq "Bavariya"ya fokuslanmışam. Bu xəbərlərin haradan gəldiyini bilmirəm, Münhendə xoşbəxtəm".
Harri Keyn cari mövsüm Bundesliqada 25 oyuna çıxıb, 22 qol və 7 assistə imza atıb.
Qeyd edək ki, hücumçu ilə İngiltərənin "Liverpul" klubu yaxından maraqlanırdı.