"Trabzonspor"un U19 komandası bu gün UEFA Gənclər Liqasında yarımfinala yüksələn ilk türk komandası olub. 

Offsideplus.az xəbər verir ki, "İnter"li həmyaşıdlarına 1:0 hesabı ilə qalib gələn "trabzonlular" yarımfinala adlayıblar. 

Onlar 8 oyunda 7 qələbə qazanan məğlubedilməz "İnter"i məğlub ediblər. "Trabzonspor"un aşağı yaş qrupu daha öncə "Atalanta" və "Yuventus"u mübarizədən kənarlaşdırmışdı. 

"Trabzonspor" - "İnter" matçında 40 368 tamaşaçı sayı ilə Azarkeş rekordu da qırılıb.