Bu gün AFFA-nın İntizam Komitəsinin iclasında əvəzedicilər liqasının XXII turunda baş vermiş neqativ hallarla bağlı qərarlar qəbul olunub.
Offsideplus.az xəbər verir ki, iclasın gündəliyindəki iki məsələ "Şamaxı-2" komandasına həsr edilib. Belə ki, Şamaxı təmsilçisi "Sumqayıt-2" ilə görüşdə AFFA-nın qaydalarına məhəl qoymayıb.
Əvvəla, oyundan öncə keçirilən iclasa "Şamaxı-2"nin nümayəndəsi qatılmayıb. Bu azmış kimi, qarşılaşmada xərəkdaşıyanlar da çatışmayıb. Hər iki neqativ hala görə, AFFA "Şamaxı" klubunu ümumilikdə 160 manat cərimələyib.
“Araz-Naxçıvan-2” - “Kəpəz-2” oyununda isə topdaşıyanlar gözə dəyməyib. Bu qayda pozuntusu Naxçıvan təmsilçisinə 80 manata başa gəlib.
Həmçinin, “Qarabağ-2” – “Səbail-2” oyununda “qonaqların 4 üzvü sarı vərəqə aldığına görə, Bakı klubu 70 manat cərimələnib.