"Santos" klubunun üzvü Neymar Braziliya milli komandasından uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsində Kolumbiya (21 mart) və Argentinaya (26 mart) qarşı forma geyinməyəcək.
Azarkeşlər uzun fasilədən sonra istedadlı futbolçunu yığmanın formasında görməyə ümid edirdilər. O, milii komandaya dəvət olunsa da, dünən heyətdən kənar qalıb.
Gözlənnilməz qərarın səbəbini Neymar belə izah edib: "Braziliya yığmasına qayıtmağa çox yaxın idim. Təəssüf ki, dünyanın ən nüfuzlu komandasının formasını geyinə bilməyəcəyəm. Uzun müzakirələrdən sonra risk etməmək qərarına gəldik. Zədəmi tam sağaltmalıyam. Belə lazımdır. Mənə dəstək göstərən hər kəsə təşəkkür".
Hücumçu uğursuz dövr yaşadığı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan bu ilin yanvarında vətəninə dönüb. Keçmiş komandası "Santos"da işləri qaydasında gedən Neymar 7 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Lakin o, martın 10-da "Korintians"la görüşdə (1:2) ehtiyatda qalıb. İddialara görə, futbolçu oyun ərəfəsində karnavala qatıldığına görə rejimini pozub və məşqlərdə fiziki yüklənmədən şikayətlənib.
Xatırladaq ki, Neymar axırıncı dəfə 2023-cü il oktyabrın 18-d yığmanın heyətində Uruqvaya qarşı mübrizə aparıb. O, milli komandada 128 matçda 79 dəfə fərqlənb.