"Qəbələ"nin keçmiş əməkdaşı şəxsi feysbuk hesabında maraqlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis AFFA U-15 Liqasında oyunlardan birinə hakim təyin edildiyini bildirib:
Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.