Bu gün Misli Premyer Liqasında XXIX tur start götürüb.

Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Bakının Bayıl qəsəbəsində keçirilib.

Avrokuboklara düşmək uğrunda mübarizə aparan "Turan Tovuz" "Səbail"lə qarşılaşıb.

Bu, meydan sahiblərinin baş məşqçisi Elvin Məmmədovun yeni vəzifəsində 2-ci oyunu olub. Onun komandası ötən tur "Kəpəz"lə matçda (1:1) olduğu kimi, yenə heç-heçəyə razılaşıb. 

Beləliklə, qələbəsiz oyunlar seriyası "Səbail"də 9-a, "Turan Tovuz"da isə 5-ə çatıb.

5 aprel (şənbə)

“Səbail” – “Turan Tovuz” 0:0

Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

“ASCO Arena”, 17:00