Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Nürnberq" bu gün növbəti matçını keçirib
Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin komandası XXVIII tur çərçivəsində doğma meydanda "Hamburq"u qəbul edib.
Azərbaycanlı futbolçu Mahir Emreli qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. 57-ci dəqiqədə meydançaya daxil olan həmyerlimz komandasını ağır məğlubiyyətdən xilas edə bilməyib.
Almaniya, 2-ci Bundesliqa
XXVIII tur
"Nürnberq" - "Hamburq" 0:3
Dompe, 9; 37; Qlatzel, 84
Qırmızı vərəqə: Antiste, 16
57-ci dəq. Mahir Emreli meydançaya çıxır
78-ci dəq. Hakimə etiraz etdiyinə görə Mahirə sarı vərəqə göstərilir