Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubunda əsas heyətə qayıdıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz bu gün Türkiyə I Liqasının XXXIII turu çərçivəsində "Erzurumspor"la görüşdə ilk "11-lik"də forma geyinib.

29 yaşlı yarımmüdafiəçi 90 dəqiqə mübarizə aparıb. Onun komandası çətin səfər görüşündə hesabda geri düşsə də, 1 xal qazanmağı bacarıb - 1:1.

"Çorum" hazırda 48 xalla 9-cu yerdə qərarlaşıb. Klubun Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün şansı var.

Qeyd edək ki, Diniyev bir aylıq fasilədən sonra start heyətdəki yerini qaytarıb.

Komandanın baş məşqçisi Türkiyə yığmasının və "Fənərbağça"nın məşhur sabiq futbolçusu Tuncay Şanlıdır