Azərbaycanda futbol məşqçilərinin lisenziyalarıın yenilənməsi üçün kurslar keçiriləcək.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kurslarda UEFA-nın "C" və "B" kateqoriyalı məşqçilər iştirak edə bilərlər.
Təlimlər aprelin 17-18-də olacaq.
Müvafiq sənədlər AFFA-ya aprelin 15-dək təqdim olunmalıdır.
Kurslarda iştirak üçün ödəniş "C" kateqoriyası üçün 100, "B" kateqoriyası üçün isə 300 manat təşkil edir.