"Milan" növbəti mövsüm üçün baş məşqçi postuna Xosep Qvardiolanı gətirməyi arzulayır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Corriere Della Sera" məlumat yayıb.
Qvardiolanın "Mançester Siti" ilə daha 2 illik müqaviləsi var. Onu "şəhərlilər"dən qoparmayacaq asan olmayacaq.
Ancaq "Milan" onu gətirib, köhnə günlərinə qayıtmaq istəyir.
"Qırmızı-qaralar" cari mövsüm 2-ci baş məşqçisi ilə çalışır. Mövsümə portuqaliyalı Paulo Fonseka ilə başlayan İtaliya klubu daha sonra onu uğursuz nəticələrə görə həmyerlisi Serjiu Konseysau ilə əvəz edib.
Komanda hazırda 47 xalla A Seriyasında 9-cu yeri tutur.