Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişinin növbəti qonağı Sportal.az saytının jurnalisti Mirbağırağa Cəfərli olub.
Günün müzakirə mövzusu AFFA-nın bu gün baş tutan İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlar, habelə U-21 millimizin baş məşqçisi vəzifəsinə təyin edilən Ayxan Abbasov və digər təyinatlar, Fernandu Santuşun milliyə dəvət etdiyi və etmədiyi futbolçular, legioner limitinin ləğvinə portuqaliyalı mütəxəssisin münasibəti və digər məsələlər olub.
Verilişi "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.