Futbol üzrə Misli Premyer Liqasının XXIV turu çərçivəsində “Zirə” “Qarabağ”ı qəbul edəcək.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Bəhlul Mustafazədə və Şahruddin Məhəmmədəliyev istisna olmaqla komandada zədəli yoxdur.
“Zirə”nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda komandada cəzalı və ya zədəli futbolçu olmadığına görə "Qarabağ"la oyunun hazırlıqlarını tam heyətlə davam etdirir.
Qeyd edək ki, qarşılaşma sabah “Zirə İdman Kompleksi”ndə baş tutacaq. Matçın start fiti 19:15-də səslənəcək.


