Formula 1-də mövsümün ikinci yarışı Çində keçirilir.
Offsideplus.az xəbər verir ki, burada ilin ilk sprint mübarizəsi baş tutur.
"Mersedes"in pilotu Corc Rassell yenə rəqiblərinə aman verməyib.
2 və 3-cü yerləri isə "Ferrari" pilotları tutub. Şarl Lekler 2-ci, Lyuis Hemilton isə 3-cü olub.
Digər xal qazanan pilotlar isə bunlardır.
4. Lando Norris ("Maklaren") - 5 xal.
5. Kimi Antonelli ("Mersedes") - 4 xal
6. Oskar Piastri ("Maklaren") - 3 xal.
7. Liam Louson ("Reysinq Bullz") - 2 xal.
8. Oliver Bermən ("Haas") - 1 xal.
Qeyd edək ki, əsas yarışın kvalifikasiyası bir azdan başlayacaq. Əsas yarış da sabah eyni vaxtda, saat 11:00-da başlayacaq.


