“Çelsi” rəhbərliyi Usman Dembelenin gələcəyini yaxından izləyir və fransalı hücumçunun bu yay “Paris Sen-Jermen”dən ayrılması halında onu transfer etməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı oyunçunun hazırda “Paris Sen-Jermen” ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
Son aylarda klubla yeni müqavilə danışıqları müsbət getmir – maaş, bonuslar və digər şərtlər üzrə ciddi fikir ayrılıqları var.
Dembelenin agenti Mussa Sissoko artıq alternativ variantları araşdırır və son günlərdə “Mançester Siti” ilə görüş keçirib ki, bu da transfer şayiələrini gücləndirib.
“Çelsi” rəhbərliyi Dembeleni uzun müddətdir izləyir və əgər fransalı ulduz PSJ-dən ayrılmaq qərarına gələrsə, yay transfer pəncərəsində hərəkətə keçməyə hazırdır.
Klubun hücum xəttində daha çox dinamizm və sürət axtarışı fonunda Dembele ideal namizəd kimi qiymətləndirilir.


