Liam Delap “Nyukasl Yunayted”in təklifinə “hə” deyib və klublar transfer məbləği ilə bağlı razılığa gəldiyi halda yayda komandaya qoşulmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, “Çelsi” hücumçunu ucuz qiymətə buraxmaq niyyətində deyil və transfer üçün 50–60 milyon funt sterlinq tələb edir. Bununla belə, London klubu danışıqlara açıqdır.
Qeyd olunur ki, Delapa “Stemford Bric”də özünü sübut etmək üçün daha çox vaxt verilsə də, hücumçu son dövrlərdə gözləntiləri doğrultmaqda çətinlik çəkib.


