“Bizim üçün vacib qələbə idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasında XXIV turda “Sumqayıt”la oyun haqqında fikirlərini bölüşüb: “Hər iki komanda qalib gəlmək istəyirdi.  Azarkeşlərə təşəkkür edirəm. Ümumilikdə atmosfer yaxşı idi. Bizim üçün önəmli qələbə idi. Futbolçularım çox yaxşı mübarizə apardılar. Fasiləyə qədər cəmi bir oyunumuz qalıb. Hazırda futbolçuların tonusu yaxşıdır. Hər şey qaydasında görünür”.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.